Rəqqasə Rəna Ağamuradova (Renka) blogerləri ələ salıb.
"Ölkə.az" xəbər verir ki, sənətçi son günlər hamının blogerlik etməsinə ironiya ilə yanaşıb.
Video yayımlayan Renka "Maraqlıdır, blogerlikdən başqa sənət var? Bu aralar hamı bloger olub: "food", "fashion", dağa-daşa dırmaşan bloger, dənizə gedən çəkir... Maraqlı nəsə edin də... Biz də baxanda maraqlı nəsə olsun. Mən də bloger olacağam" sözlərini əlavə edib.
Rəqqasə daha sonra hər kəsin sosial şəbəkədə sağlam qidalanma ilə bağlı videolar paylaşmasına da eyham vurub.