“Nyukasl” “Sauthempton”un futbolçusu Aaron Ramsdeyli transfer edib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı qapıçı yeni komandasında icarə əsasında 1 mövsüm çıxış edəcək. Müqavilədə satınalma imkanı da var.
Qeyd edək ki, Ramsdeyl “Sauthempton”a ötən ilin yayında “Arsenal”dan keçmişdi.