AZ

Şəhid atası vəfat etdi - FOTO


Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.

News24.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nazim Gözəlov müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.

Onun yaxın vaxtlarda Bakıda xəstəxanalarından birində mədəsindən əməliyyat keçirdiyi, daxili orqanında bədxassəli şişin aşakarlandığı bildirilir.

Qeyd edək ki, şəhid Gözəlzadə Ceyhun Nazim Oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. (“Qafqazinfo”)


Seçilən
30
14
news24.az

10Mənbələr