Bu yaxınlarda astronomlar tərəfindən kəşf edilən 3I/ATLAS kometası ilə bağlı mediada yer alan fərziyyələr əsassızdır.
Bunu "TASS"a Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi, İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev deyib..
Onun sözlərinə görə, həmin kometanın yadplanetlilərin gəmiləri və ya kosmik silahlarla heç bir əlaqəsi yoxdur.
Mütəxəssisin fikrincə, göy cismi Yerə bir neçə on milyon kilometr uzaqdan keçəcək, yəni təhlükəsiz məsafədə uçacaq.
“Bu, həqiqətən də kometadır, casus ulduz gəmisi və ya silahları olan döyüş gəmisi deyil”, - o vurğulayıb.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont da bildirib ki, aşkar edilmiş ulduzlararası 3I/ATLAS kometasının yadplanetli gəmisi olduğuna inanmaq üçün heç bir əsas yoxdur.
Xatırladaq ki, Günəş sisteminin daxili planetlərinə doğru hərəkət edən ulduzlararası obyekt (3I/ATLAS) iyulun əvvəlində Yupiterin orbiti ərazisində kəşf edilib. İyul ayında məşhur İsrail əsilli, amerikalı astronom Abram Loeb onun süni mənşəyi ilə bağlı fərziyyə irəli sürüb və bunun yadplanetlilərin gizli gəmisi ola biləcəyini söyləyib.//Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta