Bu barədə Demokrat.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib
Qeyd olunub ki, saat 13:00 radələrində 1966-cı il təvəllüdlü (kişi) şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Sol baldırın və sol pəncənin I və II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə Təcili yardım şöbəsində zəruri tibbi xidmətlərlər göstərilib.
***
15:23
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
HN Mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən təsərrüfat malları satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 300 m2 olan mağazada metal qablarda yığılmış boyalar 120 m2 sahədə yanıb, həmçinin binanın zirzəmisində və mağazanın qarşısında dayanan vətəndaşlara məxsus 2 ədəd minik avtomobilinin ön hissəsi yüksək temperaturun təsirindən əriyib. 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mağazanın qalan hissəsi, bitişik obyektlər və mənzillər yanğından mühafizə olunub.
10Mənbələr
-
anews.azSumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub ( 19981453)
-
anews.azSumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub ( 19982029)
-
bizim.mediaSumqayıtdakı yanğında xəsarət alan şəxsin SON DURUMU ( 19979986)
-
xezerxeber.azSumqayıtdaçoxmərtəbəli yaşayış binasındayanğın ( 19979638)
-
news365.azSumqayıtda baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-VİDEO ( 19978927)
-
demokrat.azYanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlandı VİDEO (YENİLƏNİB) ( 19978531)
-
demokrat.azYanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlandı — VİDEO (YENİLƏNİB) ( 19978513)
-
operativmm.azSumqayıtda mağazada yanğın baş verib ( 19978477)
-
hafta.azSumqayıt çoxmərtəbəli yaşayış binasında yanğın ( 19978354)
-
far.azSumqayıtda çoxmərtəbəli yaşayış binasında YANĞIN: Xəsarət alan var ( 19977817)