AZ

Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək - YENİLƏNİB

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi sabah, 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib.

 

***
14:52

 

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev məlumat verib. 

 

Onun sözlərinə görə, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda dəfn ediləcək.

 

“Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq”, – deyə Çingiz Abdullayev bildirib.

 

Qeyd edək ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən yazıçılardan biri olub. O, həmçinin uzun illər dövlət vəzifələrində çalışıb, mədəniyyət və siyasət sahəsində mühüm xidmətlər göstərib. Bu gün 82 yaşında dünyasını dəyişib.

Seçilən
43
4
modern.az

10Mənbələr