Türkiyədə narkoz qazı istehsalı fabrikində partlayış olub, iki nəfər ölüb.
APA-nın "Hurriyet"-ə istinadən verdiyi xəbərə görə, hadisə Tekirdağın Ergene rayonunda sənaye bölgəsində baş verib.
Partlayış nəticəsində iki işçi həyatını itirib.
Araşdırma aparılır.