AZ

Hakimi həbs oluna bilər

Əşrəf Hakimi haqda növbəti sensasiyalı xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, Nant prokurorluğu PSJ-nin müdafiəçisinə qarşı ittiham irəli sürülməsini tələb edir.

“Le Parisien” nəşrinin məlumatına görə, buna futbolçuya qarşı 2023-cü ildə açılmış təcavüz işi ilə bağlı ittiham aktı səbəb olub. İstintaq hakimi yekun ittiham aktının şərtlərini ya təsdiqləməli, ya da rədd etməlidi. Mərakeşli futbolçu təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyəcək.

Qeyd edək ki, Əşrəf 2023-cü ilin dekabrında ilk dəfə onun barəsində şikayət edən qadınla istintaq otağında üzləşdirilib. İttihamı rədd edən PSJ-nin müdafiəçisi özünü günahsız hesab edir.

Seçilən
7
5
football-plus.az

8Mənbələr