AZ

“Sabah” qəzeti Azərbaycan müdafiə nazirinin Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşünü işıqlandırıb

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin “Sabah” qəzeti Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyədən olan şəhid ailələrinin üzvləri ilə görüşü barədə çoxmilyonlu oxucu auditoriyasına məlumat verib. SİA xəbər verir ki, məqalədə “Yaşat” Fondu tərəfindən dəvət olunmuş şəhid ailələri üzvlərinin Bakıya səfər etdiyi qeyd olunur. Müdafiə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev də iştirak edib.

Nəşrdə Zakir Həsənovun çıxışından sitatlar təqdim olunaraq, şəhid ailələrinə göstərilən daimi diqqətin əhəmiyyəti vurğulanıb.

“Görüş iştirakçıları Türkiyə və Azərbaycan arasında tarixi dostluq və qardaşlığın daha da möhkəmlənməsindən məmnunluqlarını ifadə ediblər”, – deyə məqalədə qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
4
sia.az

10Mənbələr