Hazırda referendum keçirilsəydi, britaniyalıların yalnız üçdə biri ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyərdi.
Bunu “The Sunday Times” nəşri tərəfindən dərc olunan nəticələri sübut edir.
Məlumatlara görə, respondentlərin 29 %-i Aİ-dən çıxmağa, 52 %-i isə ittifaqda qalmağa səs verərdi. Aİ-yə üzvlük üçün dəstək səviyyəsi cəmi bir il ərzində dörd faiz bəndi artıb.
Tədqiqat göstərib ki, respondentlərin 49 %-i ölkənin növbəti 5 il ərzində Avropa İttifaqına qayıtması ilə bağlı referendumun keçirilməsinin tərəfdarı olduğu halda, respondentlərin 37 %-i növbəti səsvermə ideyasını dəstəkləməyib.
Sorğuda 2 113 nəfər iştirak edib.