AZ

“Haber Global”: Azərbaycan qazı Suriyaya ümid verir

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın təbii qazının Türkiyə vasitəsilə Suriyanın Hələb şəhərinə nəqli bölgə əhalisi tərəfindən böyük sevinc hisis ilə qarşılanıb.

“Ölkə.az” xəbər verir ki, bu fikir Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə yer alıb.

Qeyd edilir ki, Azərbaycan qazı Suriyaya ümid verir. Hələb sakinləri Azərbaycan qazını sevinclə qarşılayırlar. Hələbdə elektrik enerjisini nəqlində də problemlər mövcuddur. Lakin elektrik enerjisinin və təbii qazın nəqli bu ərazilərdə sakinlərin gələcəyə olan ümidlərini artırıb.

Sakinlər bildiriblər ki, əgər infratsruktur qurulsa, şəhərdə yaşayış səviyyəsi də yaxşılaşar, həyat əvvəlki səviyyəyə qayıdar.

“Hələb böyükdür, Suriyanın ikinci böyük sənaye şəhəridir. Orada mənim fabrikim var. Lakin işlədə bilmirəm. Çünki elektrik enerjisi yoxdur. Türkiyə bizə çox yardım etdi. İşimizi qurmağa, ailəmizi şəhərə qaytarmağa çalışırıq. Gündən-günə vəziyyət yaxşılaşır”, - sakinlərdən biri bildirib.

Qeyd olunur ki, Suriyaya ildə 2 milyard kub metr təbii qaz nəql olunacaq. Burada yaşayan sakinlər gələcəyə ümidlə baxırlar. Eyni zamanda Hələb və digər şəhərlər elektrik enerjisi ilə təchiz olunduqdan sonra burada həyat əvvəlki səviyyəsinə qayıdacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
5
olke.az

6Mənbələr