Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsini keçəcəyi halda, “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacağı bəlli idi.FCSB-nin prezidenti Cici Bekali başda olmaqla az qala hər kəs “Qarabağ”a məhz FCSB-nin rəqib olacağını deyirdi. Lakin Şimali Makedoniya təmsilçisi hər iki oyunda qələbə qazanmaqla (1:0, 2:1) “köhlən atlar”ın yolu üzərinə çıxdı. Bəs “Şkendiya” necə klubdu?Təməli 1979-cu ildə qoyulan klub artıq tarixinin ən böyük uğuruna imza atıb. Belə ki, “Şkendiya” ilk dəfə olaraq avrokuboklarda əsas mərhələdə oynayacaqlar. Avropada təsnifat mərhələlərindən tanınan komanda heç vaxt pley-off səddini aşa bilməyib. İndiki “transfermarkt” dəyəri 5,5 milyondu. Yəni “Qarabağ”dan təxmninən 5 dəfə az. Ölkəsində əsas rəqibi “Vardar” olan “Şkendiya” ev oyunlarını 15500 yerlik “Ekoloq Arena”da keçirir. Klubun buna qədər tarixində ən ciddi uğuru 2018/19 mövsümündə Avropa Liqasında pley-off oynamaq olub. Avropa Liqasının qrup mərhələsinin biraddımlığında olan “Şkendiya” “San Siro”da “Milan”dan 6, “Ekoloq Arena”da 1 cavabsız top buraxıb. 2024/25 mövsümündə 33 oyuna 70 xal toplayaraq çempion olan komanda tarixində beşinci dəfə hamını qabaqlayıb. Komandanın ən təhlükəli futbolçusu mərkəz hücumçusu Besart İbraimidi. Ötən mövsüm 15 qol vuraraq klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu statusuna yiyələndi. “Şkendiya” ölkəmiz üçün yad komanda deyil. 9 il əvvəl “Neftçi” ilə üz-üzə gələn makedoniyalılar Bakıdakı qolsuz heç-heçənin ardından evdə 1:0 hesabıyla qalib gəlib. “Şkendiya” keçiləsi rəqibdimi? Keçilməlidi! Amma bu hücum xətti ilə çətin oalcaq.“Araz-Naxçıvan” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya” ilə qarşılaşacaq. Cənubi Kipr təmsilçisi də klublarımıza yaxşı tanışdı. "Qarabağ" 2021/22 mövsümündə Konfrans Liqasının qrup mərhələsində səfərdə bu rəqibi 4:1 üstələyib, Bakıda heç-heçəyə razı olub - 2:2. "Qəbələ" 2023/24 mövsümündə bu turnirin 2-ci təsnifat mərhələsində hər iki görüşdə məğlub olub - 2:3, 1:4. Ötən mövsüm isə "Zirə" “Omoniya” ilə üz-üzə gəlib. Nikosiyada 6 top buraxan "qartallar" evdə qələbə qazanıb - 1:0.Nikosiya təmsilçisi 1948-ci ildə yaradılıb. 1953-cü ildən əsas liqada çıxış edən komanda 21 dəfə ölkə çempionu olub. "Omoniya" 16 dəfə Kipr kubokunu, 17 dəfə Superkuboku qazanıb. İndiyə qədər elitanı tərk etməyən üç klubdan biridi. Paytaxt təmsilçisi ölkəsində bir sıra rekordlara da imza atıb. Bunlardan biri komandanın 1970-1989-cu illər aralığında ardıcıl 14 mövsüm çempion olmasıdı. "Ağ-yaşıllar" ardıcıl 4 dəfə (1979-1983) ölkə kubojuna da sahib olub. “Omoniya” ev oyunlarını 22 min 859 yerlik GSP stadionunda keçirir. Əminliklə demək olar ki, bu “Araz-Naxçıvan” ötən mövsümün əvvəlindəki “Zirə”dən də, üç mövsüm əvvəlki “Qəbələ”dən də güclüdü. “Omoniya” isə əvvəlki qədər güclü deyil. Heyətinin böyük hissəsini itirən komandanın hazırda “transfermarkt” dəyəri 15,5 miyon avrodu. Çempionlar Liqasında 55, Avropa Liqasında 90, Konfrans Liqasında 24 oyun keçirib.“Levski” isə “Braqa”nın ardından “Sabah”ın canına qorxu sala bilər. Bu komanda da tanış rəqibdi. 16 mövsüm əvvəl hazırda mövcud olmayan “Bakı” ilə oynayıb və iki oyunun nəticəsinə görə 2:0 hesabı ilə qələbə qazanıb. “Levski” 26 dəfə Bolqarıstan çempionu olub, 27 dəfə ölkə kubokunu qazanıb. Ölkənin ən güclu komandalarından biridi. 1937-ci ildən bəri elitadan düşməyən yeganə klubdu, 2006/07 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Çətin rəqibdi, heyətində ən təhlükəli futbolçu 21 yaşlı yarımmüdafiəçi Marin Petkovdu. Gənc futbolçu hazırda komandanın əsas fiqurlarındadı. Keçilməsi mümlün olan rəqibdi, amma Masazır təmsilçisini işi elə də asan olmayacaq. Hər halda, oyundan-oyuna tərəqqi edən “Sabah” görürük. MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.