AZ

Yaşar Məmmədovun 90 illik yubileyi keçirilib - FOTO

Azərbaycan və dünya qılıncoynatmasının simvollarından sayılan, canlı əfsanə, qılıncoynatmanın ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, dəfələrlə Olimpiya zirvələrini fəth etmiş qılıncoynadanların ustadı Yaşar Məmmədovun 90 yaşı qeyd olunub.

İdman.biz xəbər verir ki, yubiley mərasimdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndələri, Yaşar Məmmədovun ailə üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Məmmədovlar ailəsi qonaqları salamlayaraq, yubilyarın doğum gününü onlarla birgə qeyd etdikləri üçün mərasim iştirakçılarına təşəkkür ediblər.

Ardınca Yaşar müəllimin 90 illik həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov "Şöhrət"ordenli, Prezident təqaüdçüsü, 2014-cü ildə adı Beynəlxalq Qılıncoynatma Federasiyasının Şöhrət Zalına daxil edilən Yaşar Məmmədovla bağlı xatirələrini bölüşərək, ad gününü təbrik etməklə yanaşı, xatirə hədiyyələrini təqdim ediblər.

Mərasimdə Beynəlxalq Qılıncoynatma Federasiyasının müvəqqəti prezidenti Abdel Monem El-Husseini, Türkiyə, Gürcüstan, Bolqarıstan, Belarus qılıncoynatma federasiyalarının sabiq və hazırkı prezidentləri, olimpiya çempionlarının doğum günü təbrikləri nümayiş olunub.

Azərbaycan idman ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi tədbir bədii hissə ilə davam edib.

İdman.biz

Seçilən
6
8
idman.biz

9Mənbələr