2025-ci ilin əvvəlinə olan məlumatlara görə, Bakı şəhərində əhalinin sayı 2.4 milyona yaxın olub.
Buna baxmayaraq paytaxt ərazisində əhali bərabər şəkildə yerləşməyib.
Redaktor.az bildirir ki, modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Bakıda ən çox məskunlaşdığı rayon Sabunçu olsa da, əhalinin sıxlığına görə siyahıya Nəsiminə rayonu başçılıq edir.
Rayonların əhali sayı aşağıdakı kimidir:
Sabunçu rayonu – 331.3 min nəfər
Binəqədi rayonu – 308.6 min nəfər
Xətai rayonu – 277.0 min nəfər
Nəsimi rayonu – 219.5 min nəfər
Suraxanı rayonu – 208.9 min nəfər
Xəzər rayonu – 206.2 min nəfər
Yasamal rayonu – 194.2 min nəfər
Nizami rayonu – 185.9 min nəfər
Nərimanov rayonu – 181.2 min nəfər
Səbail rayonu – 102.0 min nəfər
Qaradağ rayonu – 117.7 min nəfər
Pirallahı rayonu – 18.8 min nəfər
Əhali sıxlığına görə (1 kv.km-ə düşən insan sayı) Bakı rayonları:
Nəsimi rayonu – 21,950 nəfər/km²
Nizami rayonu – 9,295 nəfər/km²
Xətai rayonu – 9,233 nəfər/km²
Nərimanov rayonu – 9,060 nəfər/km²
Yasamal rayonu – 9,710 nəfər/km²
Səbail rayonu – 3,400 nəfər/km²
Binəqədi rayonu – 2,374 nəfər/km²
Suraxanı rayonu – 1,741 nəfər/km²
Sabunçu rayonu – 1,380 nəfər/km²
Pirallahı rayonu – 627 nəfər/km²
Xəzər rayonu – 557 nəfər/km²
Qaradağ rayonu – 109 nəfər/km²