Ukrayna Prezidenti Vladimir Zelenski Sergey Qaydayı Mukaçevo Rayon Dövlət Administrasiyasının sədri vəzifəsindən azad edib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.
Ukrayna Baş naziri Yuliya Sviridenko da Nazirlər Kabinetinin növbədənkənar iclasında Sergey Qaydayın Mukaçevo Rayon Dövlət Administrasiyasının sədri vəzifəsindən azad edilməsinə razılıq verilib.
Son Yazılar:
- Prezident onları işdən qovuldu
- Qonşu ölkədə zəlzələ sunami YARATDI
- Bibərin altında narkotik aparırdı – SAXLANILDI
Onun sözlərinə görə, bu gün hökumətin növbədənkənar iclası keçirilib.
Ukrayna mətbuatı yazır ki, Qaydayın qovulması ilə bağlı qərar Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu tərəfindən korrupsiyada şübhəli bilinən yüksək vəzifəli məmurların iştirakı ilə aparılan araşdırma fonunda qəbul edilib.
Hər iki qurumdan bildirilib ki, pilotsuz təyyarələrin və radioelektron mübarizə avadanlıqlarının satın alınmasında geniş miqyaslı korrupsiya aşkarlayıblar. Xüsusilə, müqavilələr bilərəkdən şişirdilmiş qiymətlərlə bağlanıb.
Deputatlar, rayon və şəhər idarələrinin rəisləri, Milli Qvardiyanın hərbçilərinin rüşvət almaları məlum olub.
Xalqın Xidmətçisi Partiyasından olan deputat Aleksey Kuznetsovun adı bu qalmaqallarda çəkilib. Onun partiyadan qovulacağı planlaşdırılır.