AZ

Kolumbiya məhkəməsi keçmiş prezidentə hökm çıxarıb

Kolumbiyada ölkənin keçmiş prezidenti Alvaro Uribe məhkəmə tərəfindən 12 il ev dustaqlığı cəzası alıb. O, dələduzluqda və şahidlərə təzyiqdə ittiham olunub.

Bu barədə CBS News xəbər verir.

Qeyd olunur ki, 73 yaşlı Uribe bununla da Kolumbiya tarixində cinayət törətməkdə təqsirli bilinən ilk prezident olub. Ölkənin keçmiş liderinin dövlət vəzifələrində işləməsi də qadağan edilib və 578 min dollar cərimə ödəməli olacaq.

Uribe özü deyir ki, o, ittiham olunan şeydə günahkar deyil. Boqotada keçirilən məhkəmə iclası zamanı keçmiş prezident hökmdən apellyasiya şikayəti verəcəyini bildirib və hökuməti “demokratik müxalifətin səsini məhv etmək”də ittiham edib.

Alvaro Uribe 2002-2010-cu illərdə Kolumbiyanın prezidenti olub. O, Kolumbiyada populyar olaraq qalır, lakin onun fiquru cəmiyyəti qütbləşdirir. Qeyd olunur ki, Uribe insan haqlarını pozmaqda və solçu üsyançı qrupları məhv etmək üçün sağçı paramilitar qruplarla əməkdaşlıqda ittiham olunur.

Əziz Mustafa

Seçilən
16
1
oxumeni.az

2Mənbələr