AZ

BMT hesabatlarına maraq azalıb, nadir hallarda oxunur- Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş təşkilatın hesabatlarına olan marağın azlığından gileylənib.

Bunu təşkilatın baş katibi Antonio Quterreş bildirib.

BMT-nin hesabatları əvvəlki illərlə müqayisədə daha uzun olur, lakin buna baxmayaraq, onların çox az hissəsi oxunur:

“Hesabatlarda sözlərin sayı son 20 ildə təxminən 40 faiz artıb. Amma bu sənədlərin əksəriyyəti nadir hallarda oxunur”.

Baş katibin sözlərinə görə, BMT hesabatlarının yalnız 5 faizi beş mindən çox dəfə yüklənir.

“Yüklənməsi isə hələ oxunması demək deyil”, – deyə o əlavə edib.

Quterreş bu məsələni təşkilatın effektiv kommunikasiya yollarına ehtiyacının olduğunu vurğulamaq üçün dilə gətirib.

AzPost.az

Seçilən
42
2
azpost.info

3Mənbələr