Sakit okeanda baş verən zəlzələdən sonra hündürlüyü 19 sm-ə çatan sunami dalğasının yaxınlaşması ehtimalı barədə xəbərdarlıq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Qeyd edək ki, avqustun 3-də Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi regionda 6,8 bal gücündə zəlzələnin qeydə alındığını bildirib.