Formula 1-də son 4 ilin çempionu olan Maks Ferstappen üçün bu mövsüm o qədər də uğurlu keçirib.
Offsideplus.az xəbər verir ki, niderlandlı sürücü son olaraq dünən keçirilən Macarıstan yarışının sıralama turlarında yalnız 8-ci ola bilib.
O, kvalifikasiyadan sonra Niderland mətbuatına açıqlamasında bu mövsüm artıq heç bir yarışda qələbə qazanmağı gözləmədiyini bildirib.
Qeyd edək ki, "Red Bull"un pilotu hazırda 185 xalla çempionatda 3-cü yerdədir. O, lider Oskar Piastridən 81 xal geri qalır.
Ferstappen cari mövsüm Yaponiya və İmoladakı yarışları qazanmağı bacarıb.