AZ

Kamçatkada əsrlər sonra Kraşeninnikov vulkanı püskürüb - VİDEO - FOTO

Rusiyanın Kamçatka bölgəsində yerləşən və uzun illər "yatmış" hesab edilən Kraşeninnikov vulkanı yenidən aktivləşib.



Referans- ın məlumatına görə, bu barədə Vulkan Püskürmələrinə Müdaxilə Qrupu məlumat yayıb. Bildirilib ki, vulkanın püskürməsi nəticəsində kül buludu 6 kilometr yüksəkliyə qalxıb.

 

Mütəxəssislər lavaların yaxınlıqdakı buzlağı əridə biləcəyini və bu səbəbdən ətraf ərazilərdə daşqın riski yarandığını bildiriblər.



Qeyd edək ki, Kraşeninnikov vulkanı sonuncu dəfə 468 il əvvəl püskürmüşdü. Mütəxəssislər hesab edirlər ki, regionda son günlər baş verən zəlzələlər vulkanın aktivləşməsinə səbəb olub.


Seçilən
31
2
referans.az

3Mənbələr