AZ

Nazir müavini saxlanıldı

Qazaxıstanda nəqliyyat nazirinin müavini Satjan Ablaliyev saxlanılıb.

Bu barədə Qazaxıstan KİV-i xəbər verir.

Məlumatı şənbə günü hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. Lakin saxlanılmanın səbəbləri hələlik açıqlanmayıb.

Bu arada internetdə 78 min dollar rüşvət alınması və mümkün qeyri-qanuni himayə də daxil olmaqla, təsdiqlənməmiş versiyalar yayılır.

Korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti saxlanılma ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

Seçilən
0
6
moderator.az

8Mənbələr