Kamçatkada yeraltı təkanlar qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin filialı məlumat yayıb.
Doğru.az xəbər verir ki, zəlzələ Moskva vaxtı ilə saat 08:37-də, 25,9 kilometr dərinlikdə baş verib.
Hadisədən əvvəl Rusiya Elmlər Akademiyasının Şmidt adına Yerin Fizika İnstitutunun mühəndis seysmologiyası və seysmik təhlükənin qiymətləndirilməsi üzrə direktor müavini Ruben Tatevosyan açıqlama verərək Kamçatkaya səyahət etmək istəyən turistləri ehtiyatlı olmağa çağırmışdı. O bildirib ki, güclü zəlzələdən sonra həmişə afterşoklar – yəni yeraltı təkanların davamı müşahidə olunur.
DOĞRU.AZ