Ənənəvi olaraq enerji resursları ixracda üstünlük təşkil etsə də, artıq kənd təsərrüfatı və emal məhsullarının da Çinə ixracı gündəmdədir. Azərbaycandan Çinə fındıq və badam ixracına hazırlıq gedir. Artıq Çinə toyuq ayaqlarının ixracı məsələsi də gündəmdədir.
Demokrat.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
Bəs, görəsən, bu bazar Azərbaycan üçün hansı perspektivlər vəd edir? Növbəti mərhələdə daha hansı məhsullarımızın Çinə ixracı mümkündür?
İxracda yeni hədəflər
Millət vəkili Vüqar Bayramov deyir ki, Çin istehlakçı sayına görə dünyanın ikinci bazarıdır: "Eyni zamanda, alıcılıq qabiliyyəti baxımından da Çin bazarı qlobal olaraq seçilir. Təbii ki, burada kifayət qədər böyük tələb var. Qiymətləndirmələr göstərir ki, Azərbaycanın Çinə ixracatında daha çox üstünlük ərzaq və kənd təsərrüfatı məhsullarına verilə bilər. Ərzaq məhsulları baxımından Çin bazarı Azərbaycan üçün kifayət qədər cəlbedici və rentabelli hesab olunur. Xüsusən nəzərə alsaq ki, Azərbaycan idxalda artıq Çinlə ən böyük tərəfdaşdır. Bu kontekstdən həm də bizim ixrac potensialımızı artırmaq lazımdır. Çünki Çindən daha çox məhsul idxal etdiyimizdən vacib məqamlardan biri də odur ki, bu ölkəyə ixracın artırılmasına nail olaq".
Millət vəkilinin fikrincə, Çin bazarına ərzaq məhsulları ixracı üçün geniş imkanları var: "Məsələn, həm meyvə suları, həm xammal, eləcə də emaledici kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması potensialı yüksək qiymətləndirilir".
İstehsalın artırılmasına ehtiyac var
İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Çin bazarı qeyri-neft sektoru üçün əhəmiyyətli ola bilər: "Çinlə Azərbaycanın geniş ticarət əlaqələri var. Amma biz daha çox bu ölkədən idxal edirik, ixrac zəifdir. Əslində nə istehsal edə biliriksə, onu Çinə ixrac etmək mümkündür. Bazara girmək üçün çinli tərəfdaşlarla əlaqə qurulmalı, ixrac ediləcək məhsul rəqabətli olmalıdır. Çünki Çin bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf edib, özlərinin bərəkətli torpaqları var.
Təəssüf ki, hazırda Çinə əsasən, neft-kimya məhsulları ixrac edə bilərik. Yəni, biz xammal ixrac edən ölkəyik. Qızıl, neft-qaz, müəyyən qədər kənd təsərrüfatı məhsulları, pambıq çiyidi, gübrə və s. Normal istehsal olmalıdır ki, ixracın şaxələndirilməsi barədə düşünə bilək".
Rusiya bazarından asılılıq azalar
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, Çin bazarı Azərbaycan üçün böyük perspektivlər vəd edir. Ekspert vurğulayır ki, bu ölkə Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır: "Bunun bir neçə səbəbi var. Ərazimizdən keçən nəqliyyat dəhlizi, neft-kimya sənayemizin, kənd təsərrüfatının inkişafı üçün geniş potensialın olması Azərbaycanın cəlbediciliyini artırır. Artıq Çin də investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan məhsul ixrac etməkdən daha çox Çin investisiyalarını cəlb etməkdə maraqlıdır. Lakin bu bazar Azərbaycan üçün böyük perspektivlər vəd edir. Bizim əsas hədəfimiz kənd təsərrüfatı məhsullarıdır. Çünki biz bu məhsulları əsasən Rusiya bazarlarına ixrac edirik. Orada zaman-zaman müəyyən dəyişikliklər baş verir, bürokratik maneələr meydana çıxır. Ona görə bu sahəni diversifikasiya etsək yaxşı olar, Rusiya bazarından asılılıq azalar. Düzdür, Çinə məsafə bir qədər çoxdur. Amma bu gün yaradılan infrastruktur layihələri gələcəkdə imkan verəcək ki, daha ucuz xərclə Çin bazarına çıxa bilək".
"Orqanik məhsullar Çin bazarında rəqabətlidir"
E.Qəribli qeyd edir ki, hazırda Çin bazarında orqanik məhsullara tələbat yüksəkdir: "Çin əhalisi 1.4 milyardı keçən, varlı və orta təbəqəsi durmadan artan, sağlam, təbii qida istehlakına marağı olan nəhəng bir bazardır. Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulları bu kontekstdə diqqət çəkə bilər. Çünki bazar böyük olduğundan orada istehlakçı tələbatını qarşılamaq üçün geni dəyişdirilmiş məhsullar təklif olunur. Hesab edirəm ki, Azərbaycanda bütün məhsullar məhz orqanik məhsul olaraq ixtisaslaşarsa, daha yaxşı olar. Bunun üçün bizdə kifayət qədər potensial mövcuddur. Xurma, gilas, ərik və s. meyvələrin keyfiyyətinin saxlanması və bu bazara ixrac olunması mümkündür".
Quru meyvə, ədviyyat və bal
10Mənbələr
-
hit.azNəhəng bazar, böyük fürsət - İxracda yeni hədəflər ( 19978096)
-
paralel.azAzərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri ( 19974320)
-
azreform.infoAzərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri ( 19974275)
-
olke.azAzərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri ( 19974044)
-
far.azAzərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri ( 19972283)
-
demokrat.azAzərbaycan məhsulları üçün nəhəng bazar Çinlə ticarətin perspektivləri ( 19970495)
-
demokrat.azAzərbaycan məhsulları üçün nəhəng bazar — Çinlə ticarətin perspektivləri ( 19970474)
-
moderator.azAzərbaycan məhsulları üçün nəhəng bazar - Çinlə ticarətin perspektivləri ( 19970438)
-
qaynarinfo.azNəhəng bazar, böyük fürsət İxracda yeni hədəflər ( 19961162)
-
publika.azNəhəng bazar, böyük fürsət: Azərbaycan orada nələr sata bilər? ( 19949153)