AZ

Mahir Emreli: “Hədəf mövsümü ilk 3-lükdə bitirməkdir”

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli “Kayzerslautern”in yeni mövsümə hazırlığını dəyərləndirib.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə Almaniya mətbuatına açıqlama verib.

Yeni komandasının hazırlıq səviyyəsi və hədəfləri barədə danışan Mahir bunları söyləyib:

“Çətin bir mövsümöncəsi hazırlıq prosesi keçdik. Həqiqətən çox çalışdıq. Son məşqdə əsasən oyun və taktiki elementlər üzərində işlədik. Düşünürəm ki, komandamız yeni mövsümə hazırdır. Amma təbii ki, mövsümün ilk rəsmi oyunu həmişə çətin olur.

Formaya düşmək və ən yaxşı səviyyəyə çatmaq üçün bir neçə oyun tələb olunur. Hədəfimiz ilk 3-lükdə yer almaqdır. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.

Seçilən
12
3
arena.az

4Mənbələr