"Bornmut" və Ukrayna millisinin müdafiəçisi İlya Zabarnı "PSJ"-yə keçir.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira bildirib.
Onun məlumatına görə, 22 yaşlı ukraynalının transfer məbləği 68 milyon avro təşkil edəcək. Sövdələşmə tamamlanıb və təsdiqlənib, tezliklə bu barədə rəsmi elan veriləcək.
Ötən mövsüm Zabarnı bütün turnirlərdə 39 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla mövcud əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 42 milyon avro təşkil edir.