AZ

Yerə uçan ulduzlararası obyekt kosmik gəmi ola bilər

Harvard Universitetinin astrofizik alimi Avi Leb ehtimal edib ki, Yerə yaxınlaşan ulduzlararası 3I/ATLAS kometası yadplanetli gəmisi ola bilər.

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Daily Mail" tabloidi xəbər verir.

Alim bu ehtimalı 3I/ATLAS-ın hərəkət etdiyi "qeyri-adi dərəcədə nadir trayektoriya" səbəbindən irəli sürüb.

O, həmçinin bildirib ki, obyekt Yerə 21 noyabr - 5 dekabr 2025-ci il tarixləri arasında çatacaq.

Alimin sözlərinə görə, əgər obyekt yadplanetli gəmisidirsə, o, zond və ya hətta silah daşıya bilər: "O, bizi xilas etmək və ya məhv etmək üçün gələ bilər. Hər iki varianta hazır olmağımız daha yaxşıdır".

Qeyd edək ki, 3I/ATLAS kometası NASA tərəfindən 1 iyul 2025-ci ildə kəşf edilib. Astronomların hesablamalarına görə, oktyabrın sonunda o, Günəşə maksimum yaxınlaşacaq və ona 1,4 astronomik vahid məsafəyə qədər yaxınlaşdıqdan sonra, ehtimal ki, Günəş sistemini tərk edəcək.

Seçilən
19
5
avtosfer.az

6Mənbələr