AZ

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırılıb

“İnter Mayami”nin futbolçusu Lionel Messinin cangüdəni Yasin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

“İnter Mayami” – “Meksika Atlas” matçının (2:1) sonunda futbolçular arasında qalmaqal baş verib.

Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. “İnter Mayami” də oyundan sonra cangüdənin davranışına görə cərimələnib.

“Başa düşürəm ki, o, Messini azarkeşlərdən qorumaq üçün oradadır. Amma onun oyunçular arasında ünsiyyətə mane olmağa icazəsi yoxdur”, – “Meksika Atlas” oyunçularından biri matçdan sonra deyib.

Martın sonunda Çeuko MLS matçlarından uzaqlaşdırılıb.

Seçilən
13
7
tribunainfo.az

10Mənbələr