Bakı. Trend:
Fransanın Şərab İxracatçıları Assosiasiyası Avropa İttifaqını(Aİ) avqustun 7-də qüvvəyə minəcək gömrük tarifləri ilə bağlıABŞ-la danışıqları davam etdirməyə çağırıb.
Trend xəbər verirki, iki tərəf arasında razılaşdırılan 15 faizlik gömrük tariflərispirtli içkiləri əhatə etmir. Bu isə xüsusilə Fransa və İtaliyaüçün ciddi ixrac itkisinə səbəb ola bilər. Hər iki ölkə üçün ABŞbazarı lüks şərab markalarının əsas alıcısı hesab olunur.
Assosiasiyanın məlumatına görə, yüksək tariflər nəticəsindəixracatın kəskin azalması ehtimal edilir ki, bu da yalnız Fransada600 minədək iş yerinin təhlükə altına düşməsi ilə nəticələnəbilər.
Təşkilat Avropa İttifaqını yaranmış vəziyyəti dialoq vəkompromis yolu ilə həll etməyə çağırır.