AZ

Yeni gömrük tarifləri Fransada ixtisarlara səbəb ola bilər

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Şərab İxracatçıları Assosiasiyası Avropa İttifaqını (Aİ) avqustun 7-də qüvvəyə minəcək gömrük tarifləri ilə bağlı danışıqları davam etdirməyə çağırıb.

APA xəbər verir ki, ABŞ ilə Aİ arasında razılaşdırılmış 15 faizlik gömrük tarifləri spirtli içkiləri əhatə etmir. Bu da İtaliya və Fransanın ixracatında ciddi azalmaya səbəb ola bilər. Hər 2 ölkədə lüks şərab markalarının əsas alıcıları ABŞ vətəndaşlarıdır.

Assosiasiya hesab edir ki, yüksək tariflər nəticəsində ixracat kəskin aşağı düşəcək. Bu da təkcə Fransada 600 min iş yerini təhlükə altında qoya bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
5
apa.az

6Mənbələr