AZ

Tayson Fyuri rinqə dönməyəcək

WBC, WBO, IBO, WBA Super, The Ring, IBF üzrə super ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri rinqə qayıtmayacaq.

İdman.biz xəbər verir ki, 36 yaşlı boksçu Sky Sportsa verdiyi müsahibədə bunu açıqlayıb.

"Rinqə dönəcəyəm? Heç vaxt. Bunun üçün çox qocayam. Mənim saqqalıma baxın, artıq ağarıb. Boks gənclər üçündür", - deyə Fyuri mesahibəsində deyib.

Qeyd edək ki, keçmiş çempion bu ilin yanvarında peşəkar karyerasına son qoyub. Az əvvəl Taysonun rinqlərə dönəcəyi xəbərləri yayılsa da, o, bunu təkzib edib.

İdman.biz

Seçilən
2
1
idman.biz

2Mənbələr