ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya və Ukrayna arasındakı münaqişə yalnız danışıqlar masası arxasında həll oluna bilər.
"Report"un məlumatına görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker NBC telekanalına müsahibəsində bildirib.
"Prezident Tramp kifayət qədər aydın şəkildə bildirib ki, münaqişə döyüş meydanında başa çatmayacaq. Nəticədə o, danışıqlar vasitəsilə həll olunmalı, sülh əldə edilməlidir", - o qeyd edib.