AZ

Bizdə şeir də var, sənət də vardır...

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan hər zaman şairlər yurdu kimi tanınıb. Xalqımız tarixən şeirə, sənətə bağlı olub. Dövlət səviyyəsində də ədəbiyyata örnək qayğı göstərilib.

Təsadüfi deyil ki, bu il ölkəmizdə qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin 190, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100, Xalq şairi Fikrət Qocanın 90 illik yubileyləri dövlət səviyyəsində qeyd olunur.

Elə ötən ayın sonunda ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə 15-ci Vaqif Poeziya Günlərinin keçirilməsi ədəbiyyata özəl diqqətin daha bir əyani sübutudur.

Ənənəvi şeir təntənələri klassik şairimiz Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürüb və sonrakı günlərdə Gəncədə və Ağdam rayonunda davam edib. Bayramın “zirvə” görüşləri isə iyulun 22–23-də Vaqifin məşhur şair, siyasi və ictimai xadim kimi tanındığı, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olduğu azad Şuşada gerçəkləşib. Mədəniyyət paytaxtımızdakı tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Şeirsevərlərin ənənəvi poeziya bayramı ovqatına kökləndiyi bir vaxtda növbəti “Ədəbiyyat səhifəsi”ni oxuculara təqdim edirik.

Vahid ƏZİZ, Xalq şairi

Gəlin, yad planetlilər...

Hardasız, yol gələnlər?Aləm yaman qarışıb –ya sayımız çoxalıb,ya vaxtın ağlı çaşıb!Salamat bir yeri yox –Dünyamız qan içində,heç bilməzdim olurmuşinsan – həyatı sevən,həm də ki, qan içən də!Alovlanıb qitələr –Şimal da o gündədir,Cənubu da alovlu,Gündoğanla – Günbatanarası kəsilməyənsavaş meydanı oldu!Torpağı ayaqlayırzirehlər ağır-ağır,həm yerdə təlatümlər,həm göydən alov yağır.Yayılan son xəbərlərinsanı üşüdürlər;İnsan ömründən bahaod püskürən raketlərgöydən – “beş-on manatlıq”“PUA”lar düşürürlər!Dil tapa bilə bilmirxalqlar başbilənləri;“KOVİD” – bu Yer üzünütarimar edən zaman“Başbilənlər” birləşibbir dərman yaratmadı,amma, indi birləşibsilahlar yaradırlar,Ulu Tanrı, görmürsən? –Səni də aldadırlar!Neçə-neçə güclününqarışıb, ağlı çaşıb,hardasız? Ləngiməyin –gəlin Yadplanetlilər –deyəsən Dünyamızındağılan vaxtı çatıb.Özü də elə gəlin ki,burdan qayıdan zamanDünyamız xilas olsun.Elə çıxıb gedin ki,Yer üzü əbədiliksilah-sursatsız qalsın...

Dava şeiri

Müharibə başlayıb... Nəbatat bağındayam.Hava yaman soyuqdu, özüm də bir az xəstə,Heyf, evdən çıxanda papaq da qoymamışam.Anam elə bilir ki, ölüm ayağındayam,Müharibə başlayıb, Nəbatat bağındayam.Mən səni gözləyirəm....Eləcə dayanmışam Eldar şamının altda,Gör ey, adam adında ağaclar varmış hətta.Ağacların üstündən yıxılan balacalarböyüyür, igid olur,Mən səni gözləyirəm, amma indi, bəlkə dəBu ağacın adaşı Şuşada şəhid olur.Mən səni gözləyirəm...Gəlsən, soruşma məndən Vətənsəninçün nədi?Bax, indi dediklərim hamısı bəhanədi:Anamın olduğu yer, atamın yatdığı yer,Bir də sən hardasansa, ora mənə Vətəndi.Anam heç vaxt ölməsin, sən də ölmək istəmə,Mən atamdan bilirəm – ölüm bədahətəndi.                                           Rəşad Nağı MUSTAFA

Dünya

Bu dünyanın lap əzəldən,Qışı da yazı boydadı.Nə böyükdü, nə balaca,Çoxu da azı boydadı!Axır yozdum bu yuxunu,Tanıdım yadı-yaxını,Hamının boyu-buxunu,Ağzının sözü boydadı!Dünya-başa qaxanların,Dünya-başa çıxanların,Dünya-ona baxanların,Koralmış gözü boydadı.Həm “qarası”, həm “ağının”,Yatmışının, oyağının,Dünya insan ayağının,Torpağı-tozu boydadı.Çox axtardım künc-bucağın,Həm o çağın, həm bu çağın,Dünya-yanan bir ocağın,Közərən közü boydadı.Az ovcunda bük ürəyi,Aç, çarmıxa çək ürəyi,İnsanlar var tək ürəyi,Dünyanın özü boydadı.                               Xəlil ADIGÖZƏL

Oktyabr şeiri

Kəsib tullayasan qollarını da,Yetim saxlayasan qucaqlarını...Biryolluq hamıdan çıxıb gedəsən,Bir it qucaqlaya ayaqlarını...Ay ağac, yazıqsan – qış ağacısan,Bu bekar torpağın boş ağacısan,Bilsəydim anamın baş ağacısan,O vaxt sındırmazdım budaqlarını...Qırmızı kəndirdə boynun dincələ,Ölüm də gələndə gülərüz gələ,Bir gün uzaqlardan bir payız gələ,Deyə ki, qaytarın yarpaqlarımı!..                                      Şəhriyar del GERANİ

Hələ

Tanrı dərgahından gəldim,Əmrindəyəm, qulam hələ.Bəndə qəbul etməsə də,Tanrıma qəbulam hələ.Ağlıma məhkum olsam da,Hissimə qəyyum olsam da,Çölümdə məlum olsam da,İçimdə məchulam hələ.Dolmalıyam, daşmalıyam,Çox sədləri aşmalıyam.Bərkiyib daşlaşmalıyam,Bir duru məhlulam hələ.Düşünərək dönə-dönəBaşlayıram yeni günə.Ölüm, mane olma mənə,İşim var, məşğulam hələ.                              Zaur İLHAMOĞLU

Güllə

O günü torpaqda lalə qızardı,Utana-utana baxdı lalələr.Bir qarış torpaqda bahar ağladı,Arzunu, sevgini güllələdilər.Milyonlar qalxaydı o gün ayağa,Bir barmaq nə idi, ləngidəydilər,Bir güllə nə idi, söndürəydilər...Yağdı ürəyindən lalə yağışı,Torpağın sinəsi islandı güllə.Şair sorağında gəzir dünyanı,Dantesin Puşkinə atdığı güllə.                                    Allahşükür AĞA

Ən gözəl qadınlar qocalır...

Salam, şair, darıxıram, bu təklikYenə məni üzüyumşaq tanıdı.Yenə payız, yenə soyuq, yenə mənYenə yerim sobaların yanıdıHələ sənə demədiyim bir gerçəkHələ sənə açmadığım yalan varDüz bir ildi yuxu yata bilmirəmQorxuram ki, yastığımda ilan varAğ tük tapdım arasından saçımınQoparmadım, saxlamışam, çoxalsınOtuz ildə cavan qalıb neynədim?Canı çıxsın, saçlarımın, qocalsın.Gəl, bir gün oturaq qədəh-qədəhəGörək, göz yaşından nə qalır, şair?İçimdə ən məsum mələklər ölür,Ən gözəl qadınlar qocalır, şair!                                     Günel MÖVLUD

Güzgü

Baxdığın güzgünü saldın, qırıldı,Təəssüf oxudum üzündə sənin.Nə yaman dayandın halsız, pərişan? –Belə bilməz idim dözümdə səni.O sınıq güzgünün bir parasınıÖzünlə götürdün bilmirəm nəsə.Arada gördüm ki, xəlvətə salıbO sınıq güzgüylə güzgülənirsən.…Mələyə döndərdi, yenə mələyəGözümdə o sığal, o düzgü səni.Yüz yerdən, min yerdən sınsa da, yenəBütöv göstərirdi o güzgü səni.                                          Sərvaz HÜSEYNOĞLU

Bir qarışlıq adam

Günəşi görmək üçün gecə baxırsan göyə...Hamı sənə kor deyir, necə baxırsan göyə? –Çox qarışıq adamsan.Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik,Ürəyin dünya boyda olsa da, biz bilirik –Bir qarışlıq adamsan.Saçında ağ tellərin qaralarla yarışır,Belə də davam elə, sənə də bu yaraşır –Tam yarışlıq adamsan.Gözlərindən axanlar gözünə bir də baxmır,Axı niyə baxanlar üzünə bir də baxmır? –Bir baxışlıq adamsan?Ahın yerdən göylərə, heç çatmasın, əzizim,Səni qara buludlar aldatmasın, əzizim,Bir yağışlıq adamsan.                                          Səddam LAÇIN

“Uç, uç, meyxanəçi...”

Sərxoş gəlmişəm qapına,Aç, aç, meyxanəçi!Aşiqlər sənə tapınar…Keç, keç, mexanəçi!Olubmu öldüyün sənin?Dərddən güldüyün sənin?Elə hey xaç bildiyin səninHac, Hac, meyxanəçi!Aranı dağa daşımısanmı?Solunu sağa daşımısanmı?Özünü uzağa daşımısanmı? –Köç, köç, mexanəçi!Baxma naşı-naşı mənə,Mey gətir – söz daşı mənə.Könlün varsa qoşul mənə,Uç, uç, mexanəçi!Cahil əllərində aşiq başları –Minarə kərpici, qüllə daşları…İçib ayılır eşq sərxoşları…İç, iç, mexanəçi!Mən bu çağın nəyiylə yarışım?Mən bu torpağın nəyiylə qarışım?!Mən bu dünyanın nəyiylə barışım? –Puç, puç, mexanəçi!

                                               Şaiq VƏLİ

***Bu gün səhər küçənizin tinindən keçdim,Gedib-gələn, gəlib-gedən: Adam doluydu.Bu yol sənli günlərimin nicat yoluydu,Gündə yüz yol uzunundan, enindən keçdim.Gördüm həyat davam edir öz axarında,Günəş doğub küçənizin baş tərəfində.Bir kişi piştaxta qoyub yol kənarında,Lotereya biletlərin düzüb rəfindəSəsləyirdi: Gəl, qalmadı “Ailə sevinci”.Düşündüm ki, olmayan şeyin nə sevinci?!Nə mən səni bağışladım, nə sən rəhm elə,Yaşa getsin, ürəyimin daş tərəfində.Bəlkə də heç o son görüş olmamalıydı...Ömrüm ötdü “bəlkə”lərin “kaş” tərəfində.Təsadüfən küçənizin tinindən keçdim...Qürur sevgi, məhəbbəti boğur deyirlər.Təəssüf ki, anlamadın hələ sən bunu.Təsadüflər zərurətdən doğur deyirlər.Təsadüfə inanmıram, biləsən bunu,Təsadüfən binanızın önündən keçdim...

                                          Elvin ƏLİZADƏ

Səhibəni hazırladı:Əli NƏCƏFXANLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
xalqqazeti.az

2Mənbələr