ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Samara vilayətinin Samara-Volqoqrad magistral yolunda yük maşını ilə iki minik avtomobilinin toqquşması nəticəsində azı 4 nəfər ölüb. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi teleqram kanalında məlumat yayıb. "Çapayevsk Şəhər Prokurorluğu üç avtomobilin uğradığı yol-nəqliyyat hadisəsinin başvermə şəraitinin müəyyənləşdirilməsinə nəzarət edir. Yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb", - məlumatda bildirilir.
İlkin məlumata görə, qoşqulu “KAMAZ” markalı yük maşını qarşıdan gələn hərəkət zolağına çıxıb və nəqliyyat vasitəsi “Lada Largus” markalı avtomobillə toqquşub. Bundan sonra yük maşını "Mitsubishi Outlander"lə toqquşub və onunla birlikdə küvetə (yol kənarındakı xəndək-red) düşüb. Qəza nəticəsində “Lada” və “Mitsubishi”nin sürücüləri, həmçinin sonuncunun iki sərnişini hadisə yerində ölüb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.