"Yeşilçam"ın aktyoru Necati Bilgiçin qocalar evində yaşadığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, psixoloji problemləri olan və şizofreniya diaqnozu qoyulan aktyorun müalicələri davam edir.
Qeyd edək ki, ilk dəfə 1995-ci ildə "Çiçek taksi" serialında Niyazi obrazı ilə televiziyaya çıxan N.Bilgiç, son olaraq 2012-ci ild "Berlin kaplanı" filmində rol alıb. O, Kemal Sunal və Şener Şen kimi aktyorlarla birgə layihələrdə çəkilib.