AZ

Astarada yük maşınından yıxılan şəxs öldü

Astarada yük avtomobilində baş verən bədbəxt hadisə insan ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin Bizim.Media-ya verdiyi məlumata görə, avqustun 2-də saat 12 radələrində sürücü T.Əliyev idarə etdiyi “QAZ 6601” markalı yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin – 31 yaşlı R.Zamanov asfalt örtüyünə yıxılıb.

Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
27
bizim.media

1Mənbələr