AZ

Sürücülərin sığorta şirkətlərinə vurduğu zərər - MƏBLƏĞ AÇIQLANDI

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb. Avtosfer.az Mərkəzi Bankın aylıq hesabatına istiandən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 84 milyon 301 min manat təşkil edib.  Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 660 min manat və ya 6% çoxdur. 2024-cü ilin yanvar-iyun aylarında bu göstərici 79 milyon 641 min manat təşkil edib. Bu  dövrdə bu növ sığorta ödənişləri 64 milyon 229 min  manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 368 min manat və ya 11% çoxdur. Əvvəlki ilin eyni dövründə 57 milyon 861 min manat sığorta ödənişləri edilmişdi.

Seçilən
29
1
avtosfer.az

2Mənbələr