ABŞ-ın mərkəzi Vaşinqton ştatında ilk termonüvə reaktorunun tikintisinə başlanılıb.
Viral.az puiblika.az-a istinadla xəbər verir ki, layihə “Microsoft”un dəstəyi ilə “Helion Energy” tərəfindən həyata keçirilir.
“Orion” adlanan reaktorun 50 meqavat gücündə olacağı gözlənilir. 2028-ci ilə qədər o, “Microsoft” məlumat mərkəzlərinə tədarük ediləcək nüvə sintezi vasitəsilə elektrik enerjisi istehsal etməyə başlamalıdır. Artıq şirkətlər elektrik enerjisinin tədarükü ilə bağlı müqavilə imzalayıblar.
Son Yazılar:
- Dünyanın ilk termonüvə reaktoru bu ölkədə tikilir
- Kadırov oğluna uduzdu – VİDEO
- Yasamalda “görünməz təhlükə” – Sürücülər hər an qəza ilə üz-üzədirlər
“Helion Energy” torpaq sahəsini icarəyə götürüb və lazımi icazələrin alınması prosesinə başlayıb. Tikinti başlamazdan əvvəl şirkət 12 il eksperimentlər aparıb, reaktor prototiplərini hazırlayıb və sınaqdan keçirib. Qeyd olunub ki, “Helion Energy”yə bir sıra şirkətlər tərəfindən 1 milyard dollardan çox sərmayə qoyulub.
Termonüvə enerjisi demək olar ki, tükənməz və ekoloji cəhətdən təmiz enerji mənbəyi hesab olunur, çünki onun istehsalı zamanı radioaktiv tullantılar əmələ gəlmir. Ancaq bu günə qədər heç bir şirkət müsbət enerji balansına nail ola bilməyib, yəni reaksiyaya başlamaq üçün sərf olunandan daha çox enerji əldə edə bilməyib. Buna baxmayaraq, sintez enerjisinə maraq artmaqda davam edir: son bir il ərzində bu sənayeyə 2,64 milyard dollar sərmayə qoyulub.