Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Viral.az xəbər verir ki, bu dəfə MİDA Yasamal Yaşayış Kompleksinin yaxınlığında – Nazim Hikmət küçəsində sürücülərin qarşılaşdığı problem barədə məlumat verilib.
Qeyd edilib ki, nəqliyyatın təhlükəsiz hərəkəti üçün arakəsmənin qarşısında maneəni sağdan və ya soldan keçmə nişanı olmalıdır. Kənar dairəvi yoldan bu istiqamətdə gələnlərin qarşısına anidən çıxan maneə isə bu ərazidə qəza riskini artırır.
Son Yazılar:
- Yasamalda “görünməz təhlükə” – Sürücülər hər an qəza ilə üz-üzədirlər
- Azərbaycan bu ölkədən taxıl idxalını 120 dəfə artırdı
- Jurnalistə qarşı dələduzluq edənlər həbs OLUNMADI
Vurğulanıb ki, gecə saatlarında sözügedən maneəni görmək demək olar ki, mümkün deyil və bu da əlavə qəza riski yaradır. Həmçinin sağdan əsas yola çıxanlar üçün də hər hansı üstünlük nişanı yoxdur.