AZ

Yerə yaxınlaşan 3I/ATLAS kometası yadplanetli gəmi ola bilər - Harvard alimi

Bakı. Trend:

Harvard Universitetinin tanınmış astrofiziki Avi Leb Yerəyaxınlaşmaqda olan 3I/ATLAS adlı ulduzlararası kometanın əslindəyadplanetli mənşəli gəmi ola biləcəyini iddia edib.

Trend xəbər verirki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Avi Leb bu fərziyyəni kometanın “qeyri-adi nadir trayektoriya”üzrə hərəkət etməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, obyekt2025-ci il noyabrın 21-dən dekabrın 5-dək Yerə çatacaq.

Alim ehtimal edir ki, əgər bu obyekt doğrudan da yadplanetligəmidirsə, onda onun zond və ya hətta silah olması mümkündür. QəzetLebdən sitat gətirir: “Bu, bizi xilas etmək və ya məhv etmək üçüngələ bilər. Hər ikisinə hazır olsaq yaxşı olar.”

Qeyd edək ki, 3I/ATLAS kometası NASA tərəfindən 2025-ci iliyulun 1-də kəşf edilib. Astronomların hesablamalarına əsasən,obyekt oktyabrın sonunda Günəşə ən yaxın nöqtəyə – 1,4 astronomikvahid məsafəyə çatacaq, daha sonra isə böyük ehtimalla GünəşSistemini tərk edəcək.

Seçilən
27
2
az.trend.az

3Mənbələr