“Şamaxı” klubu yeni futbolçu transferi reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, Bilal Hüseynov 2025-26 mövsümündə Ayxan Abbasovun komandasında forma geyinəcək. 21 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, "Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henrique, David Thomaz Dos Santos Oliveira və Rikardo Apolinarionu heyətinə cəlb edib.