AZ

Cüdoçularımız Avropa kubokunun ilk günüdə 4 medal qazanıblar

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın gənclərdən ibarət cüdo komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa kubokuna uğurlu start veriblər.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz ilk gündə iki qızıl, bir gümüş və bürünc medal qazanıblar.

Yarışın ilk günündə tatami üzərinə Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq) və Abil Yusubov (73 kq) çıxıblar.

Nihad finalda digər Azərbaycan cüdoçusu Fəridə qalib gəlib. Komandamızın heyətindı digər qızılı Abil qazanıb. Bürünc mükafata isə Məhəmməd Musayev layiq görülüb.

Qeyd edək ki, Avropa kubokuna sabah yekun vurulacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
icma.az

3Mənbələr