AZ

KİŞİLƏRƏ XƏBƏRDARLIQ! Hər gün içilən bu içkilər keçəlləşmə yarada bilər

Yay aylarında çoxları sərinlənmək üçün rəngli, qazlı və enerji içkilərinə üz tutur. Amma bu içkilərin görünməyən təhlükələri var, xüsusilə də kişilər üçün. Son araşdırmalar göstərir ki, şəkərli və kofeinli içkilərin tez-tez qəbulu kişilərdə saç tökülməsini sürətləndirə bilər.

News24 xəbər verir ki, enerji içkilərinin tərkibindəki yüksək kofein, taurin və digər stimulyator maddələr bədəndə stress hormonlarının xüsusilə kortizolun səviyyəsini artırır.

Kortizolun uzunmüddətli yüksək qalması saç köklərinə mənfi təsir edir, onların zəifləməsinə və nəticədə tökülməyə səbəb olur. Kofein həmçinin yuxusuzluq, əsəbilik və orqanizmdə su itkisi kimi fəsadlara yol açır ki, bunlar da dolayısı ilə saç itkisini artıran amillərdir.

Təkcə enerji içkiləri deyil, rəngli qazlı içkilər də saç üçün zərərlidir. Bu içkilər çox yüksək miqdarda şəkər ehtiva edir. Mütəxəssislərə görə, şəkərin orqanizmdə insulini kəskin şəkildə qaldırması hormonal pozğunluqlara səbəb olur. Bu da kişilərdə testosteronun DHT adlı daha aqressiv formaya çevrilməsinə gətirib çıxarır. DHT isə saç köklərinin zəifləməsinin əsas səbəblərindən biridir.

Çin Xalq Respublikasında Tsinghua Universitetində aparılan 2023-cü il tarixli bir araşdırmaya görə, gündəlik olaraq şəkərli içkilər qəbul edən kişilərdə saç tökülməsi riski 30 faizədək daha yüksəkdir./baku.ws

Seçilən
19
3
bizimshow.az

4Mənbələr