AZ

Hər gün vitamin qəbul etmək təhlükəlidirmi? Mütəxəssisdən cavab

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə vitamin və qida əlavələrinin istifadəsi artıb. Xüsusilə payız və qış aylarında, həmçinin imunitet gücləndirmək məqsədilə bir çox insan gündəlik vitaminlərə üstünlük verir. Bəs bu vərdiş nə qədər doğrudur? Hər gün vitamin qəbul etmək təhlükəlidirmi?

BAKU.WS xəbər verir ki, həkimlər bildirir ki, vitaminlər faydalı olsa da, onların nəzarətsiz və davamlı şəkildə istifadəsi orqanizm üçün zərərli nəticələrə səbəb ola bilər.

Vitaminlər dərman deyil, amma onların da həddi var. Xüsusilə yağda həll olunan vitaminlər – A, D, E və K – orqanizmdə yığıla bildiyi üçün artıq doza hallarında toksik təsir göstərə bilər. Bu da qaraciyərə, böyrəklərə və sinir sisteminə mənfi təsir edir.

"İmmunitet üçün hər gün C vitamini qəbul etməliyəmmi?"

Bu sual çox insana tanışdır. Mütəxəssislərin fikrincə, balanslı və düzgün qidalanan insanın əlavə vitaminə ehtiyacı olmaya da bilər. C vitamini kimi suda həll olunan vitaminlər artıq qəbul edildikdə sidiklə bədəndən atılır. Amma bu, onların nəzarətsiz istifadəsinə yaşıl işıq deyil.

Vitamin qəbul etməzdən əvvəl nə etmək lazımdır?

Qan analizi ilə orqanizmdə hansı vitaminin çatışmadığını öyrənmək;

Təyinatı həkim tərəfindən aparılan və fərdi doza ilə təyin olunan vitaminlərdən istifadə etmək;

Özbaşına qəbul edilən kompleks vitaminlərdən uzaq durmaq.

"Vitaminlər zərərsizdir" fikri yanlışdır

Uzun müddət "zərərsiz olduğu üçün istənilən qədər qəbul edilə bilər" düşüncəsi geniş yayılıb. Ancaq son illər aparılan tədqiqatlar göstərir ki, vitaminlərin artıq dozada qəbulu müəyyən xroniki xəstəliklərin inkişaf riskini artıra bilər.

Mütəxəssislər xəbərdarlıq edir – sağlam olmaq üçün vitamin deyil, düzgün qidalanma və balanslı həyat tərzi əsasdır. Hər gün vitamin qəbul etmək qərarı isə yalnız analiz və həkim tövsiyəsi ilə verilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
1
baku.ws

2Mənbələr