AZ

İsrail ordusu Qəzza zolağına havadan humanitar yardım göndərməyə davam edir

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağına havadan humanitar yardımçatdırılması üzrə fəaliyyətini davam etdirir.

Trend xəbər verirki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şənbə günü siyasi rəhbərliyin göstərişlərinəuyğun olaraq və İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ),İordaniya, Misir, Fransa və Almaniya arasında əməkdaşlıqçərçivəsində Qəzza zolağına humanitar yardımın artırılmasıməqsədilə bir sıra tədbirlər həyata keçirilib.

“Son bir neçə saat ərzində beş ölkənin iştirakı ilə Qəzzanın həmcənub, həm də şimal bölgələrində yaşayan insanlar üçün 90 humanitaryardım paketi hava yolu ilə çatdırılıb,” – deyə məlumatda qeydolunub.

İsrail tərəfi, həmçinin, bölgədə humanitar vəziyyətinyaxşılaşdırılması üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davametdirəcəyini vurğulayıb.

Seçilən
3
az.trend.az

1Mənbələr