Amerikalı müğənni Cennifer Lopezin pərəstişkarları Ermənistan-Gürcüstan sərhədində toplaşıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Məlumata görə, Sadaxlo keçid məntəqəsində fanatlar İrəvandakı konsertə görə uzun növbələr yaradıb.
Bildirilib ki, qonşu ölkələrdən gələnlər ulduzu görmək üçün sərhədi keçməyə çalışırlar. Keçid prosesi isə azı iki saat çəkir.
Qeyd edək ki, Lopez avqustun 3-də İrəvanda səhnəyə çıxacaq. /axar.az/