2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında iştirak edəcək "İmişli" növbəti yoxlama matçını keçirib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi "Qəbələ" ilə qarşılaşıb. Jorje Kaskilyanın kollektivi bu oyunda rəqibinə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, "İmişli" daha öncə "Sumqayıt"la heç-heçə edib (0:0), "Sabah"ın əvəzedici komandasına qalib gəlib (2:1), "Karvan"a uduzub (1:2). "Qəbələ" isə "Şamaxı"nı (2:1), "Kəpəz"i (2:0), yoxlama oyunlarında üstələyib.