AZ

Binədə fərdi yaşayış evi yanır

Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə sözügedən ərazidəki fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub: Sezar pizza

"Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda fərdi yaşayış evində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".


Telegram kanalımız
Seçilən
7
2
yenisabah.az

3Mənbələr