AZ

Veronika üçün növbəti sədd

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi idmançıların vətəndaşlığının dəyişdirilməsi ilə bağlı müraciətlərə yalnız 2026-cı ilin mayında baxacaq. Bunu qurumun prezidenti Anton Sixarulidze bildirib.Məlum olduğu kimi, rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan yığmasına keçmək istəsə də, qarşı tərəf bu müraciəti rədd edib. Beynəlxalq Konkisürmə İttifaqı (ISU) da bu məsələdə idmançının transferinə mane olub. Jilina federasiyanın onun məşqlərinə çəkdiyi 1 milyon rublu kompensasiya kimi ödəyib. Amma Sixarulidze bu məbləğin onun inkişafına qoyulan real xərcləri ödəmədiyini bildirib. "Rusiya konkisürənləri alqı-satqı ilə məşğul olmur. Amma söhbət milli komandaya namizəd olmuş və ya namizəd olanlardan gedirsə, biz idman vətəndaşlığını dəyişən zaman transfer haqqının tətbiqini ciddi şəkildə nəzərdən keçiririk. Onların gənc yaşlarından təkcə məşq xərclərini yox, həm də mümkün itirilmiş gəlirləri də nəzərə almaq lazımdı", - Rusiya mətbuatı Sixarulidzenin sözlərindən sitat gətirib.Bu açıqlamadan sonra Azərbaycan millisinə keçməyə cəhd edən Jilinanın ən azı daha iki mövsüm yeni ərizə verə bilməyəcəyi məlum olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
icma.az

4Mənbələr