AZ

"Liverpul" İsak üçün yeni rekord təklifi hazırlayır

"Nyukasl"ın hücumçusu Aleksandr İsakın transferi ilə bağlı "Liverpul"un təklifi rədd edilsə də, "qırmızılar" geri çəkilmək fikrində deyil.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, Mersisayd klubu 126 milyon avro dəyərindəki ilkin təklifin qəbul olunmamasından sonra yeni, daha yüksək məbləğli təkliflə yenidən danışıqlara qayıtmağı planlaşdırır.

Məlumata görə, "Liverpul" bu addımı yalnız "Nyukasl" yeni hücumçu ilə müqavilə bağladıqdan sonra atacaq. Bu isə şimal təmsilçisinin isveçlini satmağa hazır olduğunu göstərə bilər. İngiltərə klubu transfer bazarında yeni rekord imzalamağa yaxındır.

Qeyd edək ki, 25 yaşlı hücumçu son günlər yenidən "Nyukasl"ın düşərgəsinə qayıdıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr