AZ

İsrail HƏMAS-ın "Xan Yunis" batalyonunu məhv edib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda fəaliyyət göstərən Fələstinin radikal HƏMAS hərəkatının "Xan Yunis" batalyonunun məhv edildiyini açıqlayıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, ordunun Mətbuat Xidmətinin məlumatına görə, bu bölmənin sonuncu üzvləri avqustun 2-də İsrail hərbçilərinə təslim olublar.

Xatırladaq ki, mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində Fələstin anklavının şimal və cənub bölgələrində hərbi əməliyyatların başladığını elan edib. Məqsəd HƏMAS-ın tam məğlubiyyəti və Qəzzada saxlanılan bütün israilli girovların azad edilməsidir.

"Cebheinfo.az" 

Seçilən
35
2
cebheinfo.az

6Mənbələr